Qarabağ

Rusiya prezidenti: "Azərbaycan ərazilərinin itirilməsi vəziyyəti sonsuzadək davam edə bilməz"

"Azərbaycan ərazilərinin əhəmiyyətli hissəsinin itirilməsi vəziyyəti sonsuzadək davam edə bilməz".

"ENA" TASS-a istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin söyləyib.

Həmin açıqlamalarda aşağıdakı məsələlər də səslənib:

  • Bizim üçün həm Ermənistan, həm də Azərbaycan bərabər tərəfdaşdır.
  • Bizdə olan məlumata görə münaqişə başlayandan hər 2 tərəfdən ümumi 5000 yaxın itki var.
  • Rusiya qədər heç kim Qarabağ probleminin həllində maraqlı deyil.
  • Kompromisin əldə olunmasına çalışırıq, gün ərzində bir neçə dəfə Paşinyanla əlaqə qururam. (Eləcə də Azərbaycan Prezidenti ilə da söhbətinin olduğunu deyib)
  • Təəssüf bu bir həqiqətdir ki, Sumqayıtda, Dağlıq Qarabağda erməni xalqına qarşı ağır cinayətlər törədilib.
  • ABŞ-ın kömək edəcəyinə inanıram.
  • Qarabağda Türkiyə ilə mövqelərimiz üst-üstə düşmür.
  • Əgər danışıqlar 30 il nəticə verməyibsə, bu o demək deyil ki, atəş açmaq lazımdır.
  • Azərbaycan ərazilərinin əhəmiyyətli hissəsinin itirilməsi vəziyyəti sonsuzadək davam edə bilməz.
Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)