Dünya birjalarında - NEFTİN QİYMƏTİ
Dünya birjalarında Brent neftinin qiyməti azalıb.
ENA.az xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində "WTI" neftinin qiyməti 0,63 ABŞ dolları və ya 1,54% artaraq 41,46 dollar təşkil edib.
ICE London qitələrarası birjasında "Brent" markalı neftin qiyməti isə 0,27 dollar və ya 0,63% azalaraq 42,89 dollar təşkil edib.