Sosial iqtisadiyyat

Türkiyədə siqaretlər eyni qablaşdırmada satılacaq - REKLAMI QADAĞAN EDİLDİ

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tütün məmulatlarının satışı haqqında qanunu təsdiq edib.

"BI" xəbər verir ki, yeni qanuna əsasən Türkiyə ərazisində tütün məmulatlarının reklamı tamamilə qadağan edilir.

Həmçinin tütün məmulatlarının film, videoklip və sosial şəbəkələrdə nümayişi qağadan olunur.

Bütün tütün məmulatları eyni qablaşdırmada satılacaq, üzərində istehsalçının hər hansı loqosu və yazısı olmayacaq.

Xatırladaq ki, Türkiyədə 2008-ci ildən ictimai yerlərdə siqaret çəkilməsinə qadağa qoyulub. İctimai yerlərdə və qapalı məkanlarda siqaret çəkən şəxs 88 lirə cərimə olunur.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)