IMF-dən Azərbaycan iqtisadiyyatı ilə bağlı proqnoz
![](https://ena.az/uploads/news/2020-10/_ena_d9522ecce2ae03ea953478aa5_o.jpg)
Bu il Azərbaycanda 4% iqtisadi azalma, gələn il isə 2% iqtisadi artım olacaq.
ENA.az xəbər verir ki, bu barədə Beynəlxalq Valyuta Fondunun (IMF) açıqladığı “World Economic Outlook” hesabatının oktyabr sayında bildirilir.
Bundan başqa, sənəddə deyilir ki, 2020-ci ildə Azərbaycanda illik inflyasiya 3%, 2021-ci ildə isə 3,1% təşkil edəcək.
İşsizlik səviyyəsinin isə müvafiq olaraq 6,5% və 5,8% təşkil edəcəyi gözlənilir.