Mərkəzi Bank banklardan 150 milyon manat aldı
Azərbaycan Mərkəzi Bankı (AMB) bu gün növbəti depozit hərracında 150 milyon manat cəlb edib.
“Mərkəzi Bank oktyabrın 5-də keçirilən hərracda 150 milyon manat məbləğində vəsait cəlb edib. Hərrac zamanı təklif 637,5 milyon manat, orta ölçülmüş faiz dərəcəsi 6,01% təşkil edib”, - deyə məlumatda bildirilir.
Vəsaitlər 14 gün müddətinə cəlb edilib.