Birja

Mərkəzi Bank banklardan alacağı manatın həcmini azaltdı - HƏRRAC OLACAQ

Azərbaycan Mərkəzi Bankı (AMB) sentyabrın 28-də depozit hərracı keçirəcək. Bu barədə AMB-dən məlumat verilib.

"Mərkəzi Bank sentyabrın 28-də keçirəcəyi depozit hərracında 14 gün müddətinə 100 milyon manat cəlb etməyi nəzərdə tutur”, - deyə bankdan bildirilir.

Cəlb olunan vəsaitlər üzrə faiz dərəcəsi 6,01%-6,49% təşkil edir.

Qeyd edək ki, bu dəfəki depozit hərracında təklif 50 milyon manat azaldılıb.

AMB depozit hərraclarının keçirilməsinə 2016-cı ilin iyun ayında başlayıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)