Dövriyyədə olan nağd pul azalıb
30.11.2018-ci il tarixinə pul bazası 8 milyard 985.2 milyon manat təşkil edib.
"BI" Mərkəzi Banka istinadən xəbər verir ki, Noyabrda pul bazası 168,1 milyon manat azalıb.
Sentyabrın sonunda cəmi pul bazası 8 milyard 871.5 milyon manat, Oktyabrın sonunda isə 9 milyard 153.3 milyon manat idi.
Oktyabrda pul bazası 281,8 milyon manat artmışdı.
Pul bazası dedikdə - Pul kütləsinin Mərkəzi Bank tərəfindən qısa müddət ərzində dəyişdirilə bilən hissəsi nəzərdə tutulur. Pul bazasının tərkibinə dövriyyədə olan nağd pul və bank ehtiyatları (kommersiya banklarının Mərkəzi Bankdakı müxbir hesablarının qalıqları) daxildir.
Pul kütləsi dövriyyədə olan nağd və qeyri-nağd ödəniş vasitələrinin məcmusudur.
Paylaş