Bank

İnvestorların bank hesablarında olan vəsaitləri qorunacaq - YENİLİK

İnvestorların bank hesablarında olan vəsaitləri qorunacaq. Bununla bağlı əmanətlərin sığortalanması qaydalarına dəyişikliklər gözlənilir. Milli Depozitar Mərkəzin İdarə Heyətinin üzvü Ramin Nurəhmədov bildirib ki, qaydalara yeni dəyişikliklər müzakirə olunur və artıq razılaşma mərhələsindədir: “Bu mexanizm tətbiq edildikdən sonra bankın müflis olduğu hallarda investorun ödəniş etdiyi vəsait Əmanətlərin Sığortalanması Fondu tərəfindən sığortalanacaq. Həmin vəsait qorunan vəsait statusu alacaq. Bu da kapital bazarına inamın daha da artmasına səbəb olacaq. Çünki investisiya şirkətinin bankda saxladığı vəsait ƏSF tərəfindən investorun özünə qaytarılacaq. Burada da 100 min manat maksimum kompensasiya tətbiq olunacaq”.

İnvestisiya şirkətlərinin müflisləşməsi, fərdi məlumatların itirilməsi və s. hallarda isə qiymətli kağızları MDM qoruyur. R.Nurəhmədovun sözlərinə görə, bu zaman depozitar ötürücülüyü qaydasında aktivlər qorunaraq digər şirkətə ötürülür: “MDM-in ekosistemdə əsas rolu qiymətləri kağızları depozitar sistemdə saxlamaqdır. Əgər bir investisiya şirkəti müflis olarsa, həmin qiymətli kağızlar investisiya şirkətinin balansında olmadığı üçün sistemlərarası ötürmə yolu ilə digər şirkətə ötürüləcək. İnvestor digər investisiya şirkətinə müraciət edərək depozitarda olan qiymətli kağızlarını depozitar ötürücülüyü qaydasında ala biləcək. Bu o deməkdir ki, hansısa şirkət müflis olarsa, həmin kağızlar itmir, depozitarda saxlanılır. Bir sözlə, investisiya şirkətlərində aktivlər tam qorunur”.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)