Pakistan Hindistanın iki döyüş təyyarəsini vurub

Pakistanın Hava Hücumundan Müdafiə Sistemi Hindistan Hərbi Hava Qüvvələrinə məxsus Fransa istehsalı olan iki “Rafale” qırıcısını vurub.
Bu barədə “SAMAA TV” Pakistanın təhlükəsizlik xidmətlərindəki mənbələrə istinadən məlumat yayıb.
Qeyd edək ki, Hindistanın Pakistanın üç şəhərinə raket zərbələri endirməsindən sonra rəsmi İslamabad hava məkanını bağlayıb, qırıcı təyyarələrini səmaya qaldırıb.