Bankların dollara tələbi azaldı - HƏRRACIN NƏTİCƏSİ
Azərbaycan Mərkəzi Bankı (AMB) Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) iştirakı ilə cümə axşamı keçirilən valyuta hərracında banklara 70,7 milyon dollar satıb.
22 sentyabrda keçirilən hərracda isə banklara 72.9 milyon dollar satılmışdı.
"Cümə axşamı keçirilən hərracda bankların tələbi 70,7 milyon dollar təşkil edib və tam təmin edilib. Hərrac nəticəsində manatın orta çəkili məzənnəsi 1,7 manat / 1 dollar olub".
Xatırladaq ki, Dövlət Neft Fondu 2020-ci ilin yanvar-avqust aylarında valyuta hərraclarında 5 milyard 3,7 milyon dollar dəyərində xarici valyuta satıb. Bu keçən ilin eyni dövrünə nisbətən 25% çoxdur. ARDNF bu il valyuta hərraclarında 6,8 milyard dollar dəyərində xarici valyuta satmağı planlaşdırır.