Sosial iqtisadiyyat

Ali təhsil müddəti əmək stajı sayılacaq - YENİLİK

Azərbaycanda artıq təhsil müddəti də ümumi pensiya stajına daxil ediləcək. 

ENA.az xəbər verir ki, bunu DSMF-nin əməkdaşı Ayxan Məcidli sosial şəbəkədə keçirdiyi onlayn brifinqdə bildirib. 

O, qeyd edib ki, 2006-cı ilə kimi vətəndaşların pensiya təminatı haqqında əvvəlki qanun qüvvədə idi: “Həmin ilə qədər kim pensiyaya çıxıbsa, onların təhsil müddəti ümumi stajda nəzərə alınıb. Lakin 2006-cı ildən sonra hazırkı əmək pensiyaları haqqında yeni qanun qüvvəyə mindi. Həmin qanunun 21-ci maddəsinə əsasən, burada sığorta stajı müddəti öz əksini tapıb”.

Lakin son illər nazirlik tərəfindən islahatlar həyata keçirilir. Təhsil müddəti ilə bağlı xeyli müraciətlər olduğuna görə, yenə təhsil müddəti əmək pensiyası stajına daxil edilib”.

O, qeyd edib ki, əgər 5-6 il əvvəl vətəndaşlar pensiya üçün müraciət edərkən, onların təhsil müddəti nəzərə alınmayıbsa, yenidən DSMF-yə müraciət edib həmin müddəti pensiya stajına əlavə etdirə bilərlər. 

Təhsil müddətinin pensiya kapitalına təsirinə gəlincə isə, DSMF rəsmisi bildirib ki, 2006-cı ilə kimi pensiya üçün əsas staj nəzərə alınırdısa, 2006-cı ildən sonra fərdi hesabda toplanan vəsait nəzərə alınır.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)