"AzerGold" auditor seçir
![](https://ena.az/uploads/news/2020-09/_ena_7a0e571c6b7a7d6d47838d00c_o.jpg)
"AzerGold" QSC beynəlxalq standartların (ISO 9001:2015, ISO 14001:2015 və ISO 45001:2018) tələblərinə uyğunluğun yoxlanılmasına dair nəzarət auditi üçün kotirovka sorğusu elan edib.
ENA.az xəbər verir ki, sorğuda iştirak etmək istəyənlər təkliflərini sentyabrın 18-i, saat 13:00-a qədər səhmdar cəmiyyətinin yerləşdiyi Bakı şəhəri, Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 2H ünvanına təqdim edə bilərlər.
Maraqlanan təşkilatlar (012) 505-02-02 telefon nömrəsi ilə əlaqə saxlaya bilərlər.