Bank Respublika işçi axtarır - VAKANSİYA
“Bank Respublika” ASC Azneft filialına “Kassir” vəzifəsi üzrə vakansiya elan edir.
Ümumi vəzifə öhdəlikləri:
• Nağd pul və digər qiymətlilərin mədaxil və məxaric edilməsi üzrə əməliyyatları həyata keçirmək;
• Nağd pul və kassa sənədlərinin vaxtında təhvil-təslim edilməsini təmin etmək;
• Qaydalara uyğun valyuta mübadiləsini həyata keçirmək;
• Dövriyyəyə yararsız pul əskinaslarının qəbul edilməsi və dəyişdirilməsini həyata keçirmək;
• Bank kartları üzrə məxaric əməliyyatlarını aparmaq.
Namizədə qarşı tələblər:
• Təhsil: (maliyyə, iqtisadiyyat və biznesin idarə edilməsi üzrə təhsil arzuolunandır);
• İş təcrübəsi: aidiyyatı sahə üzrə minimum 1 il;
• Dil bilikləri: Azərbaycan dili əla, Rus dili arzuolunandır;
• Riyazi hesablama aparmaq qabiliyyəti;
• Dəqiqlik və vəzifə öhdəliklərinə məsuliyyətli yanaşma;
• Yüksək ünsiyyət bacarığı;
• Əzmkarlıq, düzgünlük, çalışqanlıq;
• Komandanın bir üzvü olmaq üçün, yeni iş mühiti və kollektivə tez uyğunlaşmaq bacarığı.
Sizə nə təklif edirik?
• Öz bilik və bacarıqlarınızı nümayiş etdirmək üçün şəffaf seçim prosesi;
• Müvəffəqiyyətli karyera üçün Sizə lazım olacaq fərdi və peşəkar bacarıqlarınızı inkişaf etdirmək imkanı;
• Bank sektorunda karyera qurmaq/inkişaf etdirmək təşəbbüslərinizi gerçəkləşdirmək imkanları;
• Bank Respublikanın peşəkar komandasının bir üzvü olmaq imkanı;
• Əlverişli iş mühitində çalışmaq imkanı.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 24 sentyabr 2020-ci il tarixinədək HR@bankrespublika.az elektron ünvanına göndərə bilər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Azneft filialı - Kassir” şəklində göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər. Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.