Yüklülüyünün dövlət reyestrindən istifadə haqqı 3 qat azaldıldı
Azərbaycanda daşınar əmlakın yüklülüyünün dövlət reyestrindən istifadə haqqının məbləği azaldılıb.
Bu barədə ENA.az Azərbaycan Prezidentinin həftənin cümə günü imzaladğı fərmana istinad edir.
Bundan sonra daşınar əmlakın yüklülüyünün dövlət reyestrindən istifadəyə görə:
Yüklülük bildirişinin reyestrə daxil edilməsi üçün – 10 manat deyil, 2 manat;
yüklülüyə dəyişiklik bildirişinin reyestrə daxil edilməsi üçün 6 manat deyil, 1 manat;
yüklüyün axtarışın nəticələrinə dair kağız daşıyıcıda təsdiqlənmiş hesabatın verilməsi üçün də 6 manat yox 1 manat kimi müəyyən edilib.