İnam Kərimov Tovuzda əkin sahələrinə baxış keçirdi - FOTO
Kənd Təsərrüfatı naziri İnam Kərimov Ağstafa və Tovuz rayonlarında səfərdə olub.
Bu barədə Kənd Təsərrüfatı Nazirliyi xəbər yayıb.
Bildirilib ki, nazir Ağstafa rayonunun Böyükkəsik kəndində yerləşən Dilbaz Atçılıq təsərrüfatında cins atların yetişdirilməsi üçün görülən işlərlə, atların saxlanma şəraiti ilə tanış olub.
Həmçinin, Poylu qəsəbəsi ərazisində 120 hektar sahədə salınmış intensiv bağa, Poylu kəndində fermer Qədim Qədimovun üzüm bağına baş çəkib, bağlarda kütləvi məhsul yığımına hazırlıq prosesini dəyərləndirib, satış prosesinin təşkili ilə maraqlanıb, fermerlərin təkliflərini dinləyib.
Nazir Tovuz rayonunun Yuxarı Öysüzlü kəndində sahələrdə kartof yığımı prosesini müşahidə edib.
Səfər çərçivəsində nazir rayonun Aşağı Quşçu kəndində fermer İsmayıl Hüseynovun üzüm bağı, Alakol kəndində 54 hektar sahədə salınmış intensiv bağla tanış olub, Tovuz Dənli Bitkilərin Toxum Emalı Zavodunda istehsal prosesinin gedişi ilə maraqlanıb.