BİZNES

Dünyanın ən varlı adamının sərvəti 200 milyard dolları keçib

ABŞ-ın “Amazon” şirkətinin rəhbəri, dünyanın ən zəngin insanı Cef Bezosun sərvəti 200 milyard ABŞ dollarını keçib.

ENAaz xəbər verir ki, bu barədə məlumatı “Forbes” nəşri yayıb.

Məlumata görə, koronavirus pandemiyası başlayandan bəri "Amazon"un səhmləri 55%-dən çox bahalaşıb. Bu isə şirkətdə 11% pay sahibi olan milyarderə son 1 ildə 86 milyard dollar qazandırıb. 

Xatırladaq ki, Cef Bezos 2018-ci ildən bəri “Forbes” jurnalının dünyanın ən varlı adamları siyahısında ilk sırada yer alıb.  

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)