Aqrar

Azərbaycanda ipəkqurdu toxumu istehsalı zavodu tikilir – Layihələndirmə işləri 30 min manat olacaq

Azərbaycanda İpəkqurdu toxumu (qren) istehsalı zavodu tikilir.

ENA.az xəbər verir ki, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi “Storm Building” MMC ilə müqavilə imzalayıb.

Müqavilədə İpəkqurdu toxumu (qren) istehsalı zavodunun tikintisinin layihələndirilməsi nəzərdə tutulub.

Müqavilənin ümumi məbləği 29 min 845 manatdır.

Bildirək ki, “Storm Building” MMC  2016-ci ildə dövlət qeydiyyatına alınıb. Bu şirkətin nizamnamə kapitalı 100 manatdır və qanuni təmsilçisi Anar Əsgərovdur.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)