Hadisə

Beyrut limanında içində partlayıcı maddə olan konteynerlər tapıldı

Livan hərbçiləri paytaxt Beyrut limanında içində təhlükəli kimyəvi maddələr olan 79 konteyner tapıblar.

Bu barədə Livan ordusunun mətbuat xidməti məlumat yayıb.

“Mühəndis qüvvələrinin xüsusi bölməsi fransalı mütəxəssislər qrupu ilə birlikdə ərazini araşdırarkən 14-22 avqust tarixləri arasında içində sızması fəlakətə gətirib çıxara bilən hidroxlorid olan 25 ədəd konteyner və digər təhlükəli maddələrin yerləşdiyi 54 konteyner aşkar ediblər”, – deyə məlumatda bildirilir.

Xatırladaq ki, avqustun 4-də Beyrut limanı yaxınlığında güclü partlayış nəticəsində 171 nəfər ölüb, altı mindən çox insan müxtəlif dərəcəli xəsarətlər alıb, yüzlərlə əmlaka zərər dəyib.

 

Unikal.org

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)