Bank

Kredit portfeli 1 milyard manatdan çox olan 4 BANK

Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 5-nin kredit portfeli bu il iyulun 1-nə illik müqayisədə az olub.

Bunlar "Premium Bank", "Muğan Bank", "Yapı Kredi Bank Azərbaycan", "Express Bank" və Pakistan Milli Bankının Bakı filialıdır.

Ən çox azalma Pakistan bankında (15,8%), ən az azalma isə "Premium Bank"da (1,3%) qeydə alınıb.

Qalan 21 bankın isə kredit portfeli artıb. Ən yüksək dinamika "AFB Bank"da (90,4%), ən aşağı dinamika isə "Access Bank"da (0,3%) qeydə alınıb.

4 bankın kredit portfeli 1 milyard manatdan çoxdur

Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 4-nün bu il iyulun 1-nə kredit portfeli 1 milyard manatdan çox olub.

Bunlar "Azərbaycan Beynəlxalq Bankı" (2 204,031 milyon manat), "Kapital Bank" (1 875,584 milyon manat), "PAŞA Bank" (1 852,001 milyon manat) və "Xalq Bank"dır (1 533,881 milyon manat).

Qalan 22 bankdan 18-də kredit portfeli 100 milyon manatdan 1 milyard manata qədər, 2 bankda 10-100 milyon manat arasında, 2 bankda isə 10 milyon manatdan azdır.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)