Beynəlxalq Bankın yeni yaradılan investisiya şirkətinə təyinat olub
Azərbaycan Beynəlxalq Bankının yeni yaradılan investisiya şirkətinə təyinat olub.
Vüsal Məmmədov “ABB-İnvest İnvestisiya Şirkəti” QSC-nin Ticarət platformaları departamentinin rəhbəri təyin edilib.
O, buna qədər “BTB Capital İnvestisiya Şirkəti ASC-nin Xarici valyuta mübadiləsi şöbəsinin müdiri idi.
Daha əvvəllər isə “Plato İnvestisiya Şirkəti” və “Günay Bank”da şövə müdiri vəzifəsində çalışıb.
“ABB-İnvest İnvestisiya Şirkəti” – 12 iyun 2020-ci ildə təsis edilib, 300 min manat nizamnamə kapitalı var. Şirkətin icraçı direktoru Nadir Babazadədir. N.Babazadə indiyə qədər “Unicapital İnvestisiya Şirkəti” ASC-nin direktor əvəzi işləyib.