İlham Əliyev Putinlə telefonla danışdı
Azərbaycan və Rusiya Prezidentləri İlham Əliyevlə Vladimir Putin arasında telefon danışığı olub. “ENA” xəbər verir ki, bu barədə Kremlin Mətbuat xidməti məlumat yayıb.
“İkitərəfli gündəliyin aktual mövzuları müzakirə edilib. Rusiya-Azərbaycan tərəfdaşlığının bütün sahələrdə daha da möhkəmlənməsinə qarşılıqlı münasibət təsdiqlənib. İ.H.Əliyev V.V.Putini koronavirus infeksiyasına qarşı Rusiya vaksininin qeydiyyata alınması münasibətilə təbrik edib”, - deyə məlumatda bildirilir.
Liderlər, həmçinin iyulda Azərbaycan-Ermənistan dövlət sərhədində vəziyyətin gərginləşməsi kontekstində regional problematikaya dair fikir mübadiləsi aparıblar. Putin gərginliyin artmasına səbəb olan istənilən hərəkətə yol verilməməsinin vacibliyini vurğulayıb.