Vakansiyalar

"Beynəlxalq Bank" mühafizəçi axtarır - VAKANSİYA

Azərbaycan Beynəlxalq Bankı Təhlükəsizlik departamentinin Mühafizə və rejim şöbəsinə Mühafizəçi vakansiyası elan edir.

Görəcəyiniz işlər:

 Mövcud video müşahidə sistemləri vasitəsi ilə nəzarətin təşkili;
 Bankdaxili təhlükəsizlik qaydalarına əməl edilməsinə nəzarət;
 Təhlükəsizlik məsələlərinə aid daxil olan sənədlərin qəbul edilməsi, qeydə alınması, aidiyyəti üzrə bölüşdürülməsi;
 Yanğın mühafizə sistemlərinə nəzarət;
 Nəzarət buraxılış sistemləri ilə işin aparılması;
 Bankın inzibati binasının mühafizəsinin təşkili

Bizim üçün ideal namizəd:

 Ali və ya orta ixtisas təhsilli;
 Mühafizə sahəsində minimum 1-3 il iş təcrübəsi olan;
 Azərbaycan və Rus dillərini səlis bilən
 Boyu – 1.80 sm-dən, çəkisi 75 kq-dan aşağı olmayan;
 Həqiqi hərbi xidməti başa vurmuş;
 Praktiki sağlam və yaxşı fiziki formada olan; (hər hansı bir döyüş idman sənətinin sahibinə üstünlük veriləcəkdir)

Davranış səriştələri:

 Ünsiyyət bacarığı;
 Detallara diqqət;
 Məsuliyyətli və intizamlı;

Əgər axtardığımız ideal namizəd sizsinizsə CV-nizi 31 avqust 2020-ci il tarixinədək cv@ibar.az elektron ünvanına göndərə bilərsiniz.
Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Mühafizəçi” şəklində göstərilməsi xahiş olunur. Nəzərinizə çatdırmaq istərdik ki, müsahibələrə yalnız göstərilən kriteriyalara cavab verən şəxslər cəlb ediləcək.
Əlavə məlumat üçün: www.ibar.az

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department