Sosial iqtisadiyyat

Qaraqaya yüksəkliyindən - Fotolar

Tanınmış jurnalist Seymur Kazımov bu il 12-17 iyul tarixlərindəki “6 günlük” artilleriya müharibəsində Ermənistan ordusunun əsas hədəflərindən olan Azərbaycanın Tovuz rayonunun Ağdam kəndi ərazisindəki Qaraqaya yüksəkliyində olub.

ENA.az jurnalistin sözügedən yüksəklikdən lentə aldığı fotoları təqdim edir:

Qaraqaya yüksəkliyinə gedən yol

Tovuzun Ağdam kəndinin yüksəklikdən görünüşü

Azərbaycan (quru) – Ermənistan (su) sərhədi. İki ölkə arasında sərhədlərin delimitasiyası və demarkasiyası keçirilmədiyindən iki ölkə arasındakı sərhəd sovet dövründə mövcud olmuş inzibati ərazilər çərçivəsində müəyyən olunub. Həm Azərbaycan, həm də Ermənistan 1992-ci il martın 2-də BMT-yə üzv qəbul olunarkən, onların Sovet İttifaqı dövründəki sərhədləri əsas götürülüb.

Yüksəklikdəki müşahidə nöqtəsi

Azərbaycan Ermənistan sərhədindəki Ağdam kəndi

Ermənistan Respublikasının Berd rayonunun Çinarlı kəndi Azərbaycan ordusunun mövqelərindən aydın müşahidə olunur.

Yüksəklikdəki mövqelərdən biri

Azərbaycan ordusunun mövqelərindən aydın müşahidə olunan erməni yaşayış məntəqəsi

Ermənistan Silahlı Qüvvələrinin təkərlərlə mühafizə olunan döyüş ərazisi

 

Ermənistan Silahlı Qüvvələrinin təkərlər və digər vasitələrlə mühafizə olunan döyüş ərazisi

Ermənistan Silahlı Qüvvələrinə məxsus səngər

Ermənistan Silahlı Qüvvələrinə məxsus post və səngər

Mayor Məmmədov tabeliyində olan hərbi qulluqçuların apardığı müşahidələrə nəzarət edir.

Müşahidə aparılması

 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department