Bir sıra şəhər və rayonlarda su olmayacaq - KÜR ÇAYINDA BULANIQLIQ ARTIB
![](https://ena.az/uploads/news/2020-07/_ena_205217819510416e5bf4973ce_o.jpg)
Şirvan və Hacıqabul şəhərlərinə, həmçinin Bakının Qaradağ, Səbail və Binəqədi rayonlarının bəzi ərazilərinə içməli suyun verilməsində müəyyən məhdudiyyətlər olacaq.
Bu barədə "ENA"ya "Azərsu" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı məlumat verib.
Onun sözlərinə görə, məhdidiyyətlər Kür çayında bulanıqlığın artması ilə əlaqədar Kür sutəmizləyici qurğularında suyun emalının müvəqqəti dayandırılması ilə bağlıdır.