Sağlamlıq

Bill Qeytsdən koronavirusun yayılmasında iştirak etməsi ilə bağlı ittihamlara MÜNASİBƏT

“Microsoft” şirkətinin qurucusu Bill Qeyts, koronavirus pandemiyasının yayılmasında iştirak etməsi ilə bağlı ittihamları rədd edib.

ENA.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Xatırladaq ki, koronavirusun yayılmasından bəri, sosial şəbəkələrdə və onlayn mediada Bill və Melinda Qeyts Fondunun insanları çipləşdirmək və onları dünya miqyasında izləmək məqsədi haqqında müxtəlif fikirlər ortaya çıxmağa başlayıb. Qeytsi “dünya sakinlərinin 15%-ni məhv etmək niyyətində” günahlandıran video-rolik YouTube-da milyonlarla baxış qazanıb.

“Bu, dəhşətli kombinasiyadır: pandemiya, sosial şəbəkələr və sadə izahat axtaran insanlar”, – deyə Bill Qeyts CNN-ə verdiyi müsahibədə bildirir.

Milyarder bir daha xatırladır ki, onun fondu pandemiya ilə mübarizəyə 250 milyon dollar ayırıb. “Onlar deyirlər: biz pul qazanırıq və buna görə də peyvəndlərlə insanları öldürməyə çalışırıq”, – Qeyts əlavə edir.
Milyarderin fikrincə, bu ittihamlar o qədər axmaqdır ki, onları təkzib etməyə belə ehtiyac qalmır

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)