Elm və Texnologiya

İlon Mask çipləşdirmənin imkanları barədə öz fikirlərini bölüşdü

İlon Mask öz “Twitter” səhifəsində insan beyninə çip implantasiya etmək fikrinin təfərrüatlarını açıqlayıb. Onun sözlərinə görə, eksperimentin iştirakçısı olan insanlar bir sıra əlavə funksiyalara sahib olacaqlar. Məsələn, musiqinin birbaşa beyinə translyasiya edilməsi. Bundan əlavə, çip insanlara hormon səviyyəsini idarə etməyə və onlardan öz xeyrinə istifadə etməyə kömək edəcək (narahatlığın öhdəsindən gəlmək və ya daha sürətli konsentrasiya olmaq üçün).

Eləcə də bax: Neuralink-in beyin implantı maraqlı funksiya ilə öz imkanlarını genişləndirə bilər

Banker.az bu barədə “Vesti.ru”ya istinadən xəbər verir.

Maskın fikrincə, gələcəkdə çipləşdirmə əməliyyatı tam avtomatlaşdırılacaq və bugünkü göz əməliyyatından mürəkkəb olmayacaq. “Independent” nəşriyyatı əlavə olaraq bildirir ki, 2020-ci ildə Maskın şirkəti heyvanlar üzərində təcrübələr keçirmişdir, insanlar üzərində təcrübələrə isə ABŞ-ın Səhiyyə Nazirliyindən icazə aldıqdan sonra başlanacaq.

Xatırladaq ki, “Neuralink” şirkəti 2016-cı ildə qurulub və bütün gücünü neryointerfeys üzərində cəmləşdirib: beyinə yerləşdirilən elektrodlar vasitəsilə neyronların aktivliyi haqqında məlumatlar toplanır, onların stimullaşdırılması baş verir. Bu ideyaya görə, əməliyyat robot-cərrah tərəfindən həyata keçiriləcək.

İlon Mask izah edir ki, çiplləşdirmə texnologiyasının köməyi ilə bir sıra nevroloji xəstəliklərlə mübarizə aparmaq mümkün olacaq, məsələn, Parkenson və ya Alçheymer. Bundan əlavə, sağlam insanların imkanları daha geniş olacaq.

Lakin bütün bu üstünlüklərə baxmayaraq, alimlər və mühəndislər bir çox suallara hələdə cavab verə bilmirlər: neyrosaplar beyində nə qədər müddət qalmalıdır, insan orqanizmi buna necə reaksiya verəcək və neyronların idarə edilməsi sistemi nə dərəcədə sabitdir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)