Axtar

Turistlərə Rusiyada istirahət etmək müqabilində pul təzminatı ödəniləcək

Rusiyada istirahət etmək istəyən turistlər pul təzminatı alacaqlar.

“İzvestiya”nın məlumatına görə, bunu RF-in Baş naziri Mixail Mişustin deyib.

Onun sözlərinə görə, təzminat turdan asılı olaraq 5000-15000 rubl (120-360 AZN) arası dəyişəcək. Bunun üçün hökumət 15 milyard rubl (360 milyon AZN-ə yaxın) ayırıb.

“Bu pullar cari ilin sonuna qədər Rusiya regionlarında istirahət etmək qərarı verən insanların  xərclərinin qismən təzminatı üçün ayrılıb”, - deyə, hökumət başçısı bildirib.

Əlaqə

Email : enanewsaz@gmail.com

Tel : +994 70 500 12 33