Daha konsentrasiyalı və məhsuldar olmaq üçün 5 DƏRS
“Vaxtım yoxdur”, – yəqin ki, siz də bu sözləri tez-tez eşidirsiniz. Gəlin, həqiqətin gözlərinə baxaq: əgər hər hansısa bir işi planlaşdırdığımız müddət ərzində tamamlaya bilmiriksə, bunun səbəbi vaxt azlığında deyil.
Problem, çox güman ki, həmin müddət ərzində diqqətinizi ən çox nəyə yönəltməyinizdədir – kənar faktorlara çox, üzərində çalışdığınız məsələnin həllinə isə az.
Bu problemi qismən və ya tam aradan qaldırmaq üçün sizə beş metod təqdim edirik.
Addım № 1: telefonunuzun ekranını ağ-qara rejimə keçirin
Bizcə, diqqəti yayındıran ən güclü və geniş yayılan faktor telefondur. Şon Cekson Thinkers Manifesto podkastında deyib: “Telefon ona baxmasaq belə diqqətimizi yayındırır”. Müasir dövrü smartfonsuz təsəvvür etmək çətindir. Əgər əvvəlki dövrlərdə insanlar telefon vasitəsilə yalnız zəngə cavab verə və mesaj qəbul edə bilirdilərsə, bu gün smartfon ilə siz pul qazana, İnternetdə istədiyiniz informasiyanı oxuya, o cümlədən sosial şəbəkələrdə fasiləsiz ünsiyyət qura bilərsiniz.
Telefon asılılığı ilə mübarizə sahəsində ən tanınmış şəxslərdən biri olan Tristan Harris, çıxış yolunu telefonun ekranını ağ-qara rejimə keçirməkdə görür. O, 2018-ci ildə keçirilən Milken İnstitunun Qlobal Konfransında deyib:
“Rəngarəng ekrana baxdıqda, şimpanze üçün “banan” sistemi işə düşür və mənim fikrimcə, ağ-qara rejim bu situasiyaya əhəmiyyətli dərəcədə təsir göstərə bilər”. Siz bu metodun tamamilə faydasız olduğunu düşünə bilərsiniz, lakin düşünün: telefonunuzu yandıranda, rəngarəng ekran görürsünüz və bu sizi bir tətbiqdən digərinə keçməyə, daha çox vaxt itirməyə məcbur edir.
Rəngarəng ekrandan fərqli olaraq, ağ-qara rejim bizə cəlbedici gəlmir və biz telefondan daha az istifadə etməyə başlayırıq. Neurons şirkətinin rəhbəri Tomas Ramsinin sözlərinə görə, ağ-qara rejim bizə seçim etmək imkanını verir: reaksiya göstərən yox, düşünən insan olmaq.
Xoşbəxtlikdən, buna nail olmaq çox çətin deyil. Uzun yolun başladığı sadə addım. Bəs ağ-qara rejimdə məqalə oxuyarkən nə edək ki, diqqətimiz yayınmasın? Bunun üçün də maraqlı təklifimiz var.
Addım № 2: məqalələri diqqətinizi elə oxuyun ki, diqqətinizi yayındıran faktor olmasın
Siz İnternet ilə qarşılıqlı əlaqənizi düşündüyünüzdən daha yaxşı idarə edə bilərsiniz. Reklam bannerləri, avtomatik olaraq yayımlanan videolar və dolu olan yan panellər konsentrasiyanı pozur. Belə olduqda, diqqəti məqalə üzərində cəmləşdirmək olduqca çətindir.
Bu problemi həll etməyin bir neçə üsulu var. Birinicisi, daxil olduğunuz veb saytlarda reklamları blok edəcək proqramdan istifadə edin. Lakin elə insanlar var ki, xüsusi proqramlardan istifadə etməyə qarşıdır. Əgər siz də onlar sırasına daxil olursunuzsa və eyni zamanda Google Chrome-dan istifadə edirsinizsə, alternativlərdən biri olan Mercury Reader-ə diqqət yetirin.
Bu alət xüsusi veb-analizatora malikdir, hansıki əsas mətn və şəkillərdən başqa olan əlavə elementləri avtomatik silir. Sadəcə düyməni basın və diqqətinizi yayındıran reklamlar yox olacaq.
Mercury Reader kimi alətlərin əsas üstünlüyü odur ki, siz veb səhifələri adi rejimdə (reklamları görə-görə) izləyə bilirsiniz və yalnız zərurət yarandıqda düyməni basırısınız (məsələn, maraqlı məqalə oxuyanda).
Addım № 3: ideyalaranızı oflayn yazın
Yəqin ki, bizimlə razılaşarsınız, amma yayındırıcı faktorları göz qabağından yığışdırmaq kifayət deyil. Bir çox insan ideyalarını Google Doc və ya Evernote alətləri vasitəsilə qeyd edir. Bu, uyğun variantlardan biridir, lakin onlayn məqalə oxuduğunuz zaman tamamilə əlverişsiz ola bilər.
Siz deyə bilərsiniz: “Nə olsun ki, bir saniyə ilə heç nə olan deyil”.
Düzdür, lakin onlayn qeyd dəftərinizdən sonra yenidən məqaləyə qayıtmaq əlavə enerji tələb edir. Məhz buna görə sizə oflayn dəftərlərdən istifadə etməyi tövsiyə edirik.
Addım № 4: fiziki mühiti zehni durumunuz ilə uzlaşdırın
İndiyədək danışdıqlarımız telefona sərf etdiyiniz vaxtı, İnternetdə diqqətinizi yayındıran məqalələrin sayını azaltmaq, oflayn dəftərlədən istifadə etmək – bütün bunlar sizə rahatlamağa və daha produktiv düşünməyə kömək edə bilər.
Lakin əgər ətraf mühitin sizin düşünmək qabiliyyətinizə və emosiyalarınıza göstərdiyi təsirə məhəl qoymasanız, heç vaxt daha məhsuldar ola bilməyəcəksiniz. Məsələn, səs-küylq mühit insanların yaradıcılıq qabiliyyətinə müsbət, detallı düşüncəyə isə mənfi təsir göstərir.
Digər tərəfdən, sakit mühit vergilərin hesablanması kimi detallı işlərin icrası üçün əlverişli, kreativlik tələb edən fəaliyyətlər üçün isə əlverişsizdir. Fərqli insanlar fərqli yanaşmalara ehtiyac duyurlar. Əsas odur ki, hal-hazırda nəyə ehtiyacınız olduğunu başa düşəsiniz. Harada daha yaradıcı olursunuz? (Bəlkə, açıq havada gəzərkən və ya məşq edərkən). Harada daha strukturlu işləyirsiniz? (Bəlkə, bu və ya digər mahnıya qulaq asanda?).
Və nəhayət..
Addım № 5: kifayət qədər yuxu alın
Bir dəfə yox, hər gün və ya ən azı bacardığınız qədər. Düşünürük ki, insanın psixiki, fiziki və ruhi sağlamlığı üçün yuxunun nə qədər əhəmiyyətli olduğunu təkrar etməyə ehtiyac yoxdur. Bu sahədə sahib olduğunuz bilikləri yeniləmək üçün sizə Paul Alhol və Pyayvi Polo-Kantolun “Yuxunun deprivasiyası: təsiri və koqnitiv imkanları” adlı tədqiqatın bir parçasını təqdim edirik:
“Tam və ya natamam yuxu deprivasiyası koqnitiv fəaliyyətə mənfi təsir göstərir. İlk növbədə beynin uzunmüddətli yaddaş və qərarlar qəbul etmək funksiyaları zərər çəkir. Natamam deprivasiya diqqət və konsentrasiyanın pozulmasına gətirib çıxarır”.
Bu tədqiqat 2007-ci ildə dərc olunub, o vaxtdan bəri yuxu və onun insanın sağlamlığına təsirinə olan yanaşma bir qədər dəyişib. İndi biz yuxuya daha böyük əhəmiyyət veririk, onun vacibliyini dərk edirik.
Hansı addımları elə indi tətbiq etməyi düşünürsünüz (və ya ən geci bu gün axşam)?
Yuxarıda sadalanan metodları icra etmək olduqca asandır. Onları ümumiləşdirərək, sizə aşağıdakı beş suala cavab verməyi tövsiyə edirik:
- Mobil cihazlardan asılılığı azaltmaq və ya tamamilə aradan qaldırmaq üçün telefonunuzun ekranını ağ-qara rejimə dəyişməyə hazırsınız?
- Sizə onlayn məqalələr oxuduğunuz zaman, diqqətinizi yayındıran reklam bannerlərini siləcək proqramı yükləməyə mane olan nədir?
- Bütün ideyalarınızı yazmaq üçün dəftləriniz varmı?
- Fiziki mühiti mental vəziyyətinizlə uzlaşdırmağa hazırsınızmı?
- Bu gün kifayət qədər yuxu almaq üçün nə edə bilərsiniz?
Əgər bu beş addımı yaxın 24 saatda tətbiq etməyi düşünürsünüzsə, siz, şübhəsiz ki, sağlamlığının qeydinə qalan və daha məhsuldar olmaq istəyən insansınız.