Baham adaları ABŞ turistləri üçün sərhədlərini bağlayır
Baham adaları hökuməti koronavirus infeksiyasının artması fonunda ABŞ trustlərinin ölkəyə gəlişini qadağan edəcəyini açıqlayıb.
“Fox News” xəbər verir ki, bu barədə Baş nazir Habert Minnis çıxışı zamanı bildirib.
Baş nazir təəssüf hissi ilə bildirib ki, daxili iqtisadiyyatın gücləndirilməsi məqsədilə sərhədlər yenidən açıldıqdan sonra ölkədə epidemiya ilə bağlı vəziyyət pisləşib: “Mövcud vəziyyətdə virusa məğlub olmamaq üçün qətiyyətli hərəkət tələb olunur”.
Çərşənbə gününə qədər Baham adaları İngiltərə, Kanada və AB-dən kommersiya uçuşları istisna olmaqla, bütün beynəlxalq uçuşları və gəmi səyahətlərini qadağan edəcək.
Yalnız COVI-19 testinin cavabı mənfi olan insanlar ölkəyə daxil ola biləcək.
Qeyd edək ki, Səhiyyə Nazirliyi məlumatına görə, ölkədə qeydə alınan 153 koronavirusa yoluxma halının 49-u 1 iyul tarixdə sərhədlərin açılmasından sonra baş verib.