Azərbaycanda bərbərxana və gözəllik salonlarının fəaliyyətinə icazə verilir
Xüsusi karantin rejiminin sərtləşdirildiyi şəhər və rayonlarda iyulun 20-dən etibarən masaj və hamam xidməti istisna olmaqla bərbərxana, gözəllik salonlarının fəaliyyətinə və kosmetik xidmətlərin göstərilməsinə icazə verilir.
Bu barədə ENA.az Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.