Paşinyan dəstək üçün təcili Rusiyaya yollanıb
Növbəti hərbi avantürada uğursuzluğa düçar olan Ermənistanın baş naziri Nikol Paşinyanın təcili şəkildə Moskvaya yollandığı bildirilir.
ENA.az xəbər verir ki, bu barədə APA bildirir.
Paralel olaraq, Ermənistanın NATO yanında təmsilçiləri təcili şəkildə NATO-nun hərbi komandanlığı ilə görüş keçiriblər. Qeyd edək ki, Ermənistanın müdafiə naziri David Tonayan NATO-da hərbi nümayəndə olub.
Tonoyanın NATO ilə bağlılığını nəzərə aldıqda, aydın olur ki, Ermənistan rəhbərliyi hazırda rəsmi Moskvanı aldatmaq yolunu tutub.