Sosial iqtisadiyyat

Elmar Məmmədyarovun istefa verdiyi bildirilir

AzərbaycanınXarici işlər naziri Elmar Məmmədyarov istefa verdiyi bildirilir.

ENA.az xəbər verir ki, bu barədə “Yeni Avaz” əldə etdiyi məlumata görə, Xarici İşlər Nazirliyinin sabiq rəhbəri artıq istefa ərizəsini təqdim edib.

Məlumata görə, artıq nazir postuna yeni təyinat olub və XİN-nin yeni rəhbəri mövcud nazirlərdən biridir.

“Məlumat rəsmi təsdiqlənmədiyi üçün yeni XİN rəhbərinin adını açıqlamırıq.

Prezidentin həm sabiq, həm də yeni naziri qəbul etdiyi bildirilir”, deyə mənbə yazır.

Qeyd edək ki, ötən gün Azərbaycan Prezidenti Elmar Məmmədyarovu sərt tənqid edib.

Elmar Məmmədyarov – 2004-cü ildən bu postadır. O, Azərbaycanın 6-cı xarici işlər naziridir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)