“Azərbaycana Kubadan həkimlərin gətirilməsi gözlənilir”
“Dünyada 12 milyondan çox insan koronavirusa yoluxub”.
ENA.az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın bu gün keçirdiyi brifinqdə Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
O bildirib ki, dünyada koronavirusa yoluxmanın daha çox olduğu ölkələr bəllidir:
“Bu gün Latın Amerikasında yoluxma daha çoxdur. Yaxın Şərqdə də artım müşahidə edilir. Azərbaycan isə yoluxma sayının nəzarətdə saxlanılması üçün ciddi tədbirlər görməyə davam edir”.
H.Hacıyev xarici ölkələrlə əməkdaşlıq çərçivəsində ölkəyə gələn xarici həkimlər barədə danışıb:
“Bu gün xarici ölkələrdən Azərbaycana gələn və yerli həkimlərimizlə təcrübələrini bölüşən həkimlərə təşəkkür edirik. Bu müddət ərzində xarici mütəxəssislərlə yerli həkimlərimizin protokolları üst-üstə düşüb.
Xarici mütəxəssislər Azərbaycan səhiyyəsində atılan addımları da müsbət qiymətləndirib. Azərbaycana Kubadan da həkimlərin gətirilməsi gözlənilir. Buna səbəb epidemiologiya və pandemiya ilə bağlı, xüsusilə Ebola vurusunun yayıldığı ərəfədə onların təcrübəsinin kifayət qədər çox olmasıdır”.