Mərkəzi Bank qarşısında bağlanan bankın əmanətçiləri aksiya keçirir
Həftənin bazar ertəsi bağlanan bankın əmanətçiləri Azərbaycan Mərkəzi Bankı qarşısında aksiya keçirirlər.
ENA.az saytı Banker.az-a istinadən xəbər verir ki, onlar bankın qarşısında aksiya keçirməkdə məqsədləri vəsaitlərinin geri qaytarılmamasıdır.
Vətəndaşlar hətta vəsaitlərinin sığortalı olmasına rəğmən, geri qaytarılmadığını deyilər.
“Üç aydır bağlanıb bank. Ac susuz oturmuşuq. İş yox, güc yox – biz nə etməliyik? Prezidentimizə bunu çatdırın. İlham Əliyev və Mehriban Əliyeva. Bunları görsünlər! Öz halalca pulumuzdur” – deyə NBC Bankın xanım əmanətçisi press çəkilişə bildirir.
Özünü təqdim etməyən xanım deyir ki, vəsaitinə blok qoyulub. O, vəsaitinin bir hissəsini ilkin olaraq istəsə də buna “yox” cavabı alıb: “Mən sığortalı ola-ola, indi gətirib bloka salıblar mənim əmanətimi”.
Digər xanım isə əmanətinin müqaviləsinin bitməsi üçün banka aprel ayının 20-də yaxınlaşdığını deyir. Lakin, bankdan ona bildiriblər ki, “xəzinədə pul yoxdur”.
Bank müştərisi deyir ki, əgər orada ADIF-in tam sığortalan müqavilə üzrə möhürü olsa belə onlara vəsaitləri qaytarmırlar: “Bizə indi deyirlər gözləyin. Nə qədər gözləyək? Biz axı belə müqavilə imzalamamışdıq axı?!… Mən dövlətə inanıb pulumu qoymuşam. Bizim üstümüzə polis göndərirlər”.