ENA+

"Sözügedən hadisənin qida zəhərlənməsi olmadığı müəyyən edilib"

“Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində Şəkiyə səfər edən 5 məktəbli və bir müəllimin qida zəhərlənməsi şikayəti ilə bağlı Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri tərəfindən aparılan araşdırmaların nəticələri məlum olub.

Araşdırmalar zamanı Agentliyin mütəxəssisləri tərəfindən götürülən nümunələr laborator müayinələrdən keçirilib. Müayinələrin nəticələrinə  görə, uşaqların qidalandığı yeməklərdə insan orqanizmi üçün təhlükəli hesab edilə biləcək mikroorqanizmlər aşkar edilməyib.

"Eyni zamanda, məktəblilərin müayinə olunduğu rayon xəstəxanasının həkimlərinin rəylərinə və laborator müayinə nəticələrinə əsasən sözügedən hadisənin qida zəhərlənməsi olmadığı müəyyən edilib",- Agentlikdən bildirilib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department