SMS-icazəyə limit qoyuldu
“Asan Xidmət”in mətbuat katibi Elnur Niftəliyev açıqlamasında bildirib ki, sui-istifadə hallarına yol verildiyi üçün artıq SMS-icazə sisteminə limit qoyulub:
"Biz bu barədə vətəndaşlara dəfələrlə müraciət edərək sui-istifadə hallarına yol verməmələrini xahiş etmişdik. Bu səbəbdən də SMS-icazəyə limit qoyulub və gündə bir dəfə istifadə etmək olar".