Vakansiyalar

Air Cargo Azerbaijan işçi axtarır - VAKANSİYA

Gömrük işləri üzrə mütəxəssis (Bəyannaməçi)

Vəzifə öhdəlikləri:

 Gömrük Bəyannamələrinin tərtib edilməsinə və Gömrük prosesinə nəzarət;
 Gömrükləmə üçün lazım olan sənədləri hazırlamaq və prosesi idarə etmək;
 Tranzit, idxal, ixrac yüklərin sənədlərinin gömrükləməyə qədər hazırlanması;
 Müştərilərə Şirkətin göstərdiyi Gömrük/logistika xidmətləri haqqında ümumi məlumatların təqdim edilməsi;

Namizədə qarşı tələblər:

 Tranzit, idxal, ixrac prosesi və yüklərin gömrüklənməsi barədə ümumi anlayış
 Təhsil: Ali təhsili və yaxud hər hansı texniki təhsili olması arzu olunandır (logistika üzrə təhsil alanlara üstünlük veriləcəkdir);
 Təcrübə: - Logistika və ixrac əməliyyatları sahəsində təcrübə arzuolunandır;
 Ümumi fərdi keyfiyyətləri: İşdə məsuliyyətli, dəqiqlik, operativlik, kollektivdə işləmə bacarığı
 Dürüst, səmimi, təşəbbüskarlıq qabiliyyəti və inkişafa meyllilik
 Yarana biləcək problemləri həll etmə bacarığı və analitik təfəkkür
 Kişi namizədlərə üstünlük verilir
 Dil bilikləri: Azərbaycan dili (əla), Rus və İngilis dilləri bilməsi üstünlükdür.
 Kompüter billikləri: MS Office (Word, Excel, Power Point, Outlook) proqramını bilməli

İş qrafiki:

- Bazar ertəsi – Cümə: 10:00-dan 18:00-dək (lazım olduqda, şənbə yarı iş günü)

İşçiyə təqdim olunacaq:

 Korporativ nömrə;
 Rəsmi qeydiyyat;
 3 ay sınaq müddəti, bu müddət ərzində iş prosesi öyrədiləcək;
 Maaş 400 azn, işçi növbəti ixtisas attestatı imtahanından uğurla keçərsə, maaş artırılacaq və bonuslar əlavə olunacaq;
 İş ünvanı: Rusel Plaza, Xətai Rayonu, Xətai metrosunun yaxınlığı.

Zəhmət olmasa, CV göndərərkən vəzifənin adını (GÖMRÜK İŞLƏRİ ÜZRƏ MÜTƏXƏSSİS) email-də Mövzu (Subject) bölməsində qeyd edərək career@aircargo.az-a göndərin.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department