Bank

"Yelo Bank"ın səhmləri daha yuxarı bazar seqmentinə keçirildi

Bakı Fond Birjasının yenilənmiş listinq qaydalarının tələblərinə uyğun olaraq, "Yelo Bank" ASC-nin səhmləri (AZ1001006100) standart bazar seqmentinə keçirilmişdir.

Bu barədə Birjanın yaydığı məlumatda bildirilir.

Standart Bazar Seqmenti

BFB-də bazarlar listinq səviyyələrinə görə seqmnetlərə - Əsas, Standart və Alternativ bazar seqmentlərinə bölünmüşdür. BFB-də listinq tələbləri qiymətli kağızların daxil edildiyi bazar seqmentinə müvafiq olaraq dəyişir. Yəni Əsas Bazar seqmentinə daxil olmaq üçün tələblər yüksək, Standart Bazar seqmenti üçün orta, Alternativ Bazar seqmentinə daxil olmaq üçün isə daha aşağıdır.

Standart Bazar Seqmentində listinq üçün tələblər bir qədər yumşaqdır. Emitentin nizamnamə kapitalının ümumi həcmi ən azı 200 000 manat olmalıdır. Sərbəst tədavül həcminə dair isə heç bir tələb yoxdur.

Standart bazar seqmentində qabaqcıl təşkilati, emissiya prospekti və ya informasiya memorandumu müşayiəti ilə birlikdə kütləvi təklif etmiş, maliyyə, idarəetmə hesabatlarının və digər məlumatların açıqlanması və idarətetmə standartlarının tətbiq edildiyi lakin, nisbətən orta əməliyyat və maliyyə göstəriciləri nümayiş etdirən Emitentlərin qiymətli kağızları ticarət olunur.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)