TƏBİB: Vəziyyət nəzarətdən çıxa bilər
![](https://ena.az/uploads/news/2020-06/_ena_78e193632560aa0f7ce74153e_o.jpg)
“Gəncədə həkim çatışmazlığı ilə bağlı məsələ araşdırılacaq”.
ENA.az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB-in infeksion xəstəliklər üzrə işçi qrupunun rəhbəri Vasif Əliyev deyib.
Onun sözlərinə görə, bəzi insanlar evvlərində müalicə alırlar və xəstəliyi gizlədirlər: “İnsanlardan xahiş edirəm ki, koronavirus olduğunu gizlətməsinlər. Hazırda vəziyyət nəzarət altındadır. Qaydalara əməl olunmasa, vəziyyət nəzarətdən çıxa bilər“.