Azərbaycanda daha bir vəzifəli şəxs işdən çıxarıldı
“Azərişıq” ASC-nin daha bir Regional Enerji Təchizatı və Satış İdarəsinin rəisi işdən azad edilib.
ENA.az xəbər verir ki, bu barədə ASC sədri Vüqar Əhmədov əmr imzalayıb.
Eləcə də bax: 10 rayona yeni rəis təyin edilib - "AZƏRİŞIQ"DA KADR İSLAHATI
Əmrə əsasən, “Aran” Regional Enerji Təchizatı və Satış İdarəsinin (RETSİ) sədri Canəhməd Əhmədov da vəzifəsindən azad olunub.
C.Əhmədovun yerinə “Xətai” RETSİ-nin rəisi Elnur Həsənov təyin edilib.