Bank

Depozit portfeli 1 milyard manatdan çox olan 5 BANK

Mayın 12-nə qədər Azərbaycanda fəaliyyət göstərən 28 bankdan 8-nin bu il aprelin 1-nə depozit portfeli illik müqayisədə az olub.

Bunlar "Premium Bank", "Unibank", "Express Bank", "AGBank", "Yapı Kredi Bank Azərbaycan", "Bank VTB Azərbaycan", "Rabitəbank" və "PAŞA Pank"dır.

Ən çox azalma "PAŞA Bank"da (10,7%), ən az azalma isə "Premium Bank"da (1,2%) qeydə alınıb.

Qalan 20 bankın isə depozit portfeli artıb. Ən yüksək dinamika Pakistan Milli Bankının Bakı filialında (6 dəfə), ən aşağı dinamika isə "Azərbaycan Sənaye Bankın"da (0,9%) qeydə alınıb.

5 bankın depozit portfeli 1 milyard manatdan çoxdur

Mayın 12-nə qədər Azərbaycanda fəaliyyət göstərən 28 bankdan 5-nin bu il aprelin 1-nə depozit portfeli 1 milyard manatdan çox olub.

Bunlar "Azərbaycan Beynəlxalq Bankı" (5 348,093 milyon manat), "PAŞA Bank" (3 446,953 milyon manat), "Kapital Bank" (3 308,278 milyon manat), "Xalq Bank" (1 550,187 milyon manat) və "Bank Respublika"dır (1 007,924).

Depozit portfelin məbləği 16 bankda 100 milyon manatdan 1 milyard manata qədər, 6 bankda 10-100 milyon manat arasında, 1 bankda isə 10 milyon manatdan azdır.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)