Sənaye

Bu il “aviasiya tarixinin ən pis ili” olacaq

Koronavirus (COVID-19) pandemiyasının bu il qlobal aviasiya sənayesinə vurduğu zərərin məbləği rekord həddə – 84 milyard ABŞ dollarına yüksələcək.

ENA.az agentliyi xəbər verir ki, bunu Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası (IATA) bəyan edib.

Qurum 2020-ci ili “aviasiya tarixinin ən pis il”i adlandırıb.

Qeyd edək ki, IATA gələn il sərnişin axınının bu ilə nisbətən 55% artacağını, ötən ilə nisbətən isə 29% az olacağını proqnozlaşdırır.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)