Çin COVID-19 peyvəndini hamı üçün əlçatan edəcəyinə SÖZ VERDİ

Çin hakimiyyəti koronavirusa qarşı peyvəndi dünya üçün əlçatan etməyi planlaşdırır.
ENA.az TASS-a istinadən xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Elm və texnika naziri Van Çjıqan bildirib.
Onun sözlərinə görə, hal-hazırda peyvəndlərin yoxlanılması prosesi gedir, təhlükəsizlik, səmərəlilik və əlçatanlıq kimi parametrlərə üstünlük verilir.
"Dünya peyvəndlərin yaradılması mərhələsində və ondan sonraki dövrlərdə əməkdaşlığı gücləndirməlidir" - Çjıqan deyib.
Qeyd edək ki, Çin may ayında 2 575 könüllüdə beş fərqli koronavirus peyvəndini müvəffəqiyyətlə sınaqdan keçirdiyini elan edib.