Sağlamlıq

İrandan gələn ikinci dalğa xəbəri...

Azərbaycanın Nazirlər Kabineti həftə sonları evdən çıxamağa sərt qadağa qoydu. Bunun ardınca Türkiyə eyni qadağanı tətbiq edəcəyi barədə dünən axşamdan başlayaraq məlumat yaydı. ENA.az xəbər verir ki, bu addımların atılmasına səbəb hər iki dövlətin qonşusu olan İrandan gələn ikinci dalğa xəbərlərilə bağlıdır. 

Türkiyə mətbuatı yazır ki, Daxili İşlər Nazirliyi şənbə və bazar günləri 14 şəhər və Zonguldakda komendant saatı tətbiq etdi. Bu gün saat 24.00-dən 7-dək komendant saatı tətbiq ediləcək.

15 ildə ilk dəfə tətbiq ediləcək "komendant saatı məhdudiyyəti" ilə əlaqədar yerli qurumlara rəsmi göstəriş də göndərildi.

Bildirilir ki, koronavirusu epidemiyası başlandığı andan etibarən, epidemiya riskini ictimai sağlamlıq və ictimai asayiş baxımından idarə etmək, sosial təcridliyi təmin etmək, sosial məsafəni qorumaq və yayılma sürətini azaltmaq üçün bir çox ehtiyat tədbirləri görülüb və davam etdiriləcək. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)