Baş Nazir sabah QƏRAR VERİLƏCƏK
Sabah Baş Nazir Əli Əsədovun çıxışı olacaq. TƏBİB-in müraciətilə bağlı hansı qərar veriləcəksə, o zaman bəlli olacaq.
ENA.az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində NK-nın mətbuat katibi İbrahim Məmmədov bildirib.
O, maskalarla bağlı tətbiq edilən cərimələrin qüvvədə olduğunu deyib.
TƏBİB sədri Ramin Bayramlı isə deyib ki, həftə sonu məhdudlaşdırmadan sonra müsbət nəticə əldə edilərsə, yumşaldılmaya gedilə bilər:
"Bizim istəyimiz də məhz budur".