Birja

Bakı Fond Birjasının gəlir və mənfəətində böyük geriləmə

Bakı Fond Birjası 2019-cu ili 3 milyon 23 min manat xalis mənfəət ilə başa vurub.

Marja Birjanın Audit hesabatına istinadən xəbər verir ki, 2018-ci illə müqayisədə 2019-cu ildə Bakı Fond Birjasının xalis mənfəəti 760 min manat və ya 20% azalıb.

Azlamanın əsas səbəbi cəmi gəlirlərin 2018-ci ildəki 5 milyon 693 min manatdan 2019-cu ildə 4 milyon 652 min manata geriləməsidir (Cəmi gəlirlər 1,041 min manat və ya 18,2% azalıb).

 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)