Ukrayna-Rusiya münaqişəsində pik hədd - Konsulluğa hücum edildi -Video-FOTO
Ukraynanın Xarkov şəhərində yüzlərlə insan Rusiyanın Baş Konsulluğunun binasına hücum edib.
"BI" xarici KİV-ə istinadən xəbər verir ki, konsulluğun yerləşdiyi küçəni bağlayan etirazçılar Rusiya ilə diplomatik əlaqələrin kəsilməsi və hərbi əsirlərin azad edilməsi tələblərini səsləndiriblər. Nümayişçilər konsulluğun girişinə 2 ədəd şin qoyaraq əllərindəki məşəlləri binaya atıblar.
Binaya məşəl atanların çoxu üzünü gizlədib. Daha sonra isə şinlər yandırılıb. Onları xilasedicilər söndürməyə müvəffəq olub. Etirazçılar bununla da kifayətlənməyərək Rusiyanın bayrağını yandırıblar.