Energetika nazirinin müavini vəzifəsindən azad edilib - YENİ TƏYİNAT

Azərbaycanın Energetika nazirinə yeni müavin təyin edilib.
Bu barədə Energetika nazirinin müşaviri – mətbuat katibi Zəminə Əliyeva deyib.
O bildirib ki, Azərbaycan Respublikası Prezidentinin 18 may tarixli sərəncamları ilə nazir müavini Gülməmməd Cavadov vəzifəsindən azad edilib, Kamal Abbasov Energetika nazirinin müavini təyin olunub.