Sosial iqtisadiyyat

Bayram günlərində məhdudiyyət olacaqmı?

“Azərbaycanda qeyri-iş günü elan edilmiş 8 gün ərzində hər hansı məhdudiyyətin tədbiq olunması ilə bağlı qərar yoxdur”. 

“ENA” xəbər verir ki, bu sözləri Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov mətbuat konfransında deyib. Bildirib ki, bayram günləri məhdudiyyətin olması ilə bağlı qəti fikir səslənməyib: Sadəcə insanlara çağırış olunub ki, həmin günlərdə yoluxmanının sayının daha da artmaması üçün mümkün qədər evdən bayıra çıxmasınlar.

Bu günə məhdudiyyətlərlə bağlı qərar yoxdur”.

O əlavə edib ki, həmin günlərdə maksimum özünütəcrid tələblərinə əməl edilməlidir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department