Azərbaycan əsilli biznesmenin şirkəti 41 milyard dollara DƏYƏRLƏNDİRİLDİ

Rusiyanın “Lukoyl” şirkətinin bazar dəyəri 41,2 milyard dollara dəyərləndirilir.
ENA.az “Forbes” jurnalına istinadən xəbər verir ki, “Lukoyl” dünyanın ən böyük publik şirkətləri arasında bazar qiymətinə görə 99-cu pillədə qərarlaşıb.
Dünyanın 2 000 şirkətinin yer aldığı reytinqdə ilk pilləni 242,3 milyard dollarla Çinin İCBC bankı tutub. Növbəti pillələrdə Çinin China Construction Bank və ABŞ-ın JPMorgan Chase bankı tutub.